Müxalifət lideri qadın və uşaqlara çağırış etdi
9 Dekabr 2013 14:20 (UTC+04:00)
Ukraynanın "UDAR" müxalifət partiyasının lideri Vitali Kliçko qadın və uşaqları meydanı tərk etməyə çağırıb.
AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, aksiyaçılar qarşısında çıxış edən Kliçko iki tərəfdən meydana "Berkut" döyüşçülərinin hərəkət etdiyini bildirib.
Bundan əvvəl isə daxili qoşunların əsgərləri bəzi küçələri texnika ilə bağlayıb. Bir neçə avtobusda milis əməkdaşları da meydana gedən yolları kəsib.
Elnarə
AzNews.az