İlin ən yaxşı futbol məşqçisi adına Tito Vilanova layiq görülüb

9 Dekabr 2013 20:15 (UTC+04:00)
"Barselona" futbol klubunun rəhbəri olmuş Tito Vilanova 2012-2013-cü illər mövsümünün yekunlarına görə Primyer Liqanın ən yaxşı məşqçisi kimi mükafata layiq görülüb.
AzərTAc xəbər verir ki, Migel Munyos adına fəxri kubok klubun prezidenti Sandro Roselə və vitse-prezident Karles Rexaça təqdim edilib. Bundan sonra Rexaç Tito Vilanova ilə şəxsi görüş zamanı mükafatı ona verib.
Tito Vİlanova 2012-ci ilin yayında "Barselona" klubuna rəhbərlik etməyə başlayıb, lakin həmin ilin dekabr ayında qulaq nahiyəsində xərçəng şişinin kəsilib götürülməsi üçün əməliyyat keçirib. 44 yaşlı mütəxəssis 10 həftə ərzində Nyu-York klinikalarının birində reablitasiya kursu keçəndən sonra 2013-cü ilin mart ayında öz vəzifəsinin icrasını davam etdirməyə qayıdıb, lakin iyul ayında onkoloji xəstəliyin fəsadları üzündən kataloniyalıların baş məşqçisi vəzifəsini tərk etməyə məcbur olub.
2012-2013–cü illər mövsümündə "Barselona" Vilanovanın rəhbərliyi ilə İspaniya çempionatında 100 xal toplayaraq qalib gəlib. Bu nəticə həmin çempionatda ikinci yeri tutmuş "Real" (Madrid) komandasının göstəricisindən 15 bal çoxdur.
Son iki mövsümdə Nigel Monyos adına mükafata "Real"ın məşqçisi Joze Mourinyu layiq görülüb.


AzNews.az