Nizami rayonunda yanğın olub

9 Dekabr 2013 20:45 (UTC+04:00)
Bakının Nizami rayonunda yanğın olub.
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m ikiotaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 4 kv.m və mətbəxin lambirdən ibarət tavanı 5 kv.m sahədə yanıb.

Yanğın zamanı mənzilin sahibi yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə edilib.


AzNews.az