Azərbaycanlılar Voronejdə kütləvi davaya qarışdı

10 Dekabr 2013 11:12 (UTC+04:00)
Voronejdə azərbaycanlıların iştirakı ilə ölümlə nəticələnən kütləvi dava olub. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, insident soydaşlarımıza məxsus "Praqa" restoranının qarşısında baş verib.

Məlumatlara görə, azərbaycanlılar ruslardan ibarət iki qrup arasında münaqişəyə qarışıb. Ayri-ayrı masalarda oturan gənclər arasında davaya səbəb ofisiant xanımın siqaret çəkməməklə bağlı xahişi olub. 5 azərbaycanlı ruslardan ibarət qruplardan birinin tərəfini saxlayaraq mübahisəyə qoşulub. Daha sonra mübahisə böyüyərək davaya çevrilib. 10 nəfərin iştirak etdiyi davaya daha 10 nəfər kənardan tamaşa edib.

20-32 yaşlı 6 nəfər baçaq yarası alıb. 19 yaşlı gənc reanimasiyada vəfat edib, biri azərbaycanlı olmaqla daha iki nəfər vəziyyəti ağırdır. Bıçaq yarası alan 2 rusun vəziyyəti isə stabildir.

Hadisə ilə əlaqədər iki Azərbaycan vətəndaşı biçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Araşdırma zamanı davaya qarışan 5 azərbaycanlınını heç birinin Rusiyada yaşamaq və işləmək üçün sənədinin olmadığı üzə çıxıb.

Elnarə
AzNews.az