BMT sülhməramlılarını Suriyada saxlayacaq

11 Avqust 2012 09:06 (UTC+04:00)


BMT-nin baş katibi Pan Gi Mun BMT-nin təhlükəsizlik şurasına məktub göndərib. AzNews.az vesti.ru saytına istinadən xəbər verir ki, məktubun əsas mövzusu Şuranın Suriyada sülhməramlı missiyasını dayandırmamasıdır.
Baş katib məktubunda qeyd edir ki, Təhlükəsizlik Şurası Suriyada mövcudluğunu qorumalıdır "çünki bu BMT- yə münaqişə tərəflərilə daimi təmasda olmağa və onlar arasında sülh yaratmağa imkan verir".
O, məktubunda həmçinin, əlavə edib ki, "Kof Annanın sülhməramlı missiyası üzrə götürülən xətdə davam etdirilməlidir". Baş katib öz məktubunda indiki situasiyanın dəyərləndirməsini də aparıb və qeyd edib ki, hazırda Əsəd hökuməti sülh danışıqlardan boyun qaçırır, müxalifət isə silahlı qarşıdurmaları rejimdən qurtulmağın yeganə yolu kimi görür.
Qeyd edək ki, BMT- də bu cür müzakirələrin və yazışmaların aparılmasına səbəb Kofi Annanla başlayan sülhməramlı misyanın uğursuzluğa düçar olması və missiyanın mandatının Avqustun 19- da bitməsidir. Rusiya isə Təhlükəsizlik Şurasında israr edir ki, missiyanın mandatı uzadılmalı və ölkədə silahlı qarşıdurmaya son qoyulmalıdır.


Sadiq

AzNews.az