Leyla Əliyevanın təşəbbüsü yüksək qiymətləndirildi

10 Dekabr 2013 11:21 (UTC+04:00)
Gürcüstanın ekologiya və təbii sərvətlərin mühafizəsi naziri Xatuna Qoqaladze azərbaycanlı həmkarına məktub göndərərək IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası ilə bağlı gördüyü işlərə görə təşəkkür edib.

Gürcüstanın Ekologiya və Təbii Sərvətlərin Mühafizəsi Nazirliyi bu yaxınlarda 10 başdan ibarət ilk ceyran sürüsünün Azərbaycandan Gürcüstana reintroduksiya edilməsini yüksək qiymətləndirib və əməkdaşlığa görə minnətdarlığını çatdırıb.

Xatırladaq ki, Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası" layihəsi çərçivəsində ceyranların mühafizəsi, davamlı inkişafının təmin edilməsi üçün ceyran populyasiyasının vaxtilə mövcud olduğu, lakin insan fəaliyyətinin təsiri ilə nəslinin kəsildiyi tarixi areallarda reintroduksiya metodu ilə bərpası həyata keçirilir.

AzNews.az