Azərbaycanda 18 yaşlı qız 5-ci mərtəbədən yıxıldı – FACİƏ

10 Dekabr 2013 11:39 (UTC+04:00)
Göyçay rayonunda bədbəxt hadisə baş verib. Rayon sakini Aynur Mamed qızı Əhmədova 5-ci mərtəbədən yıxılaraq dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu gün günorta saat 12 radələrində Göyçay şəhəri Məmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Aynur Mamed qızı Əhmədova evinin pəncərəsini silərkən qəza nəticəsində yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Xəstəxanaya aparılarkən hələ sağ olan A.Əhmədova tibbi müdaxiləyə baxmayaraq, orada keçinib. Mərkəzi rayon Xəstəxanasından AzNews.az-a bildirilib ki, ölüm səbəbi kəllə-beyin travması olub.

Xəstəxananın travmotoloqu Elman İbadovun sözlərinə görə, müayinə zamanı çoxlu sınıqlar aşkar olunub:

"Xəstəxanaya gətirilərkən hələ sağ idi. Müayinə zamanı kəllə-beyin travması aşkar elədik. Bundan başqa qabırğaların, döş qəfəsinin, sağ qolun sınığı da vardı. Səylərimizə baxmayaraq, aldığı xəsarətlər ağır olduğundan xəstə keçindi".

Ruhiyyə
AzNews.az