Sabir Rüstəmxanlının əsərləri xaricdə nəşr edildi - FOTO
10 Dekabr 2013 15:59 (UTC+04:00)
AzNews.az xəbər verir ki , bu il xalq şairi, millət vəkili, Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlının "Ömür kitabı" adlı əsəri Böyük Britaniyada ingilis dilində - Sabir Rustamkhanlı. "My road of lite" - nəşr olunub.
Bu barədə DAK mətbuat xidmətindən məlumat verilib.
S. Rüstəmxanlının "Göy Tanrı" romanının birinci hissəsi isə Almaniyada almanca - Sabir Rustemkhanlı. "Der Himmels Gott" nəşr edilib.
Məlumat üçün bildirək ki, kitabların satış ünvanlarını internet vasitəsilə elektron kataloqlarda tapmaq mümkündür.
AzNews.az