Zakir Həsənov İran səfiri ilə görüşdü

10 Dekabr 2013 16:50 (UTC+04:00)
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.

AzNews.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanla İran arasındakı əlaqələr, bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ikitərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşdə İran Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Əmir Fərəci Moez də iştirak edib.

AzNews.az