Suriyaya qarşı daha bir sanksiya

11 Avqust 2012 10:21 (UTC+04:00)


ABŞ Suriya dövlətinin nəzarətində olan Sintrol neft şirkətinə qarşı sanksiya tətbiq edib. AzNews.az En.rian.ru saytına istinadən xəbər verir ki, sanksiyaya səbəb adı çəkilən şirkətin İrana neft satması olub. ABŞ Dövlət Departamenti də məsələ ilə bağlı açıqlama verib. Departament sözcüsü Patrik Ventrel bildirib ki, onların əldə etdiyi məlumata görə Sintrol neft şirkəti İrana bu ilin Aprel ayında 36 milyon dəyərində benzin satıb. Bununla belə sanksiyanın nədən ibarət olduğu mətbuata açıqlanmayıb. Ehtimal edilir ki, şirkətin Amerikadakı gizli hesablarına həbs qoyula bilər.

Qeyd edək ki, adı çəkilən neft şirkətinə qarşı ABŞ tərəfindən ilk sanksiya ötən il tətbiq olunmuşdu.


Sadiq

AzNews.az