Kliçko müxalifətin 3 yeni şərtini irəli sürüb - VIDEO

10 Dekabr 2013 19:49 (UTC+04:00)
Müxalif UDAR partiyasının sədri Vitali Kliçko jurnalistlərə açıqlama verib. Kliçko müxalifətin 3 yeni şərtini irəli sürüb. Şərtlər arasında prezidentin istefası tələbi də var.

Bir qədər əvvəl Kiyevə ezam olunmuş xüsusi müxbirimiz Natiq Nailəoğlundan aldığımız məlumata görə Ukrayna prezidenti Viktor Yanukoviç həmin şərtlərdən yalnız birinə əməl edib. O, 30 noyabr hadisələrində saxlanılan şəxslərin azadlığa buraxılmasına razılıq verib.

UDAR partiyasının sədri, Vitali Kliçko: "Bizim bir sıra tələblərimiz var. 1-si aksiyalar zamanı həbs edilən etirazçılar azad edilsin. 2-si Ukraynanın sazişdən imtina etdiyi görüşdə iştirak edənlər mühakimə olunsun. 3-sü indiki siyasi və iqtisadi böhrana göre Azarov hökuməti məsuliyyət daşıyır və biz qəti şəkildə hökumətin istefasını tələb edirik".






AzNews.az