3 yaşlı uşaq özünə atəş açdı

10 Dekabr 2013 22:02 (UTC+04:00)

Moskva həkimləri atasının tapançası ilə özünü ağır yaralayan üşağın həyatı uğrunda mübarizə aparıb.
AzNews.az NTV - yə istinad edərək xəbər verir ki, Moskva vilayətinin Nogin rayonunun Staroy Kupavne stansiyasında evlərin birində atasının "Osı" tapançası ilə Ramin adlı 3 yaşlı oğlan başına atəş açıb. Ağır yaralanan üşağı təcili xəstəxanaya çatdırıblar. Çox çətin əməliyyatdan sonra yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti kritik ağır olaraq qalır.
Hadisənin baş verməsinin əlavə səbəbləri araşdırılır. Hadisə yerində polis əməkdaşları işləyirlər.

Əli
AzNews.az