Kabardin-Balkarda polislər güllələndi

10 Dekabr 2013 23:18 (UTC+04:00)
Bu gün axşam saatlarında Kabardin-Balkarın Çeqem şəhərində terror hadisəsi baş verib.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Federal Təhlükəsizlik Xidmətinə bağlı Xüsusi İdarənin üç əməkdaşı nəməlum şəxslər tərəfindən silahlı hücuma məruz qalıblar.

Yaralılar ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Rusiya DİN-nin İstintaq İdarəsinin yaydığı açıqlamada deyilir ki, Sovetski və Pioner küçələrinin kəsişməsində gizlənmiş iki nəfər naməlum şəxs binaların birindən çıxıb avtomobillərinə minmək istəyən Xüsusi İdarənin əməkdaşlarına yaxınlaşaraq avtomat silahlardan atəşə tutub, sonra da qaçıb gizləniblər.

Hadisə ilə bağlı "Hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyatına sui-qəsd" və "Qanunsuz silahların dövriyyəsi" maddələri ilə cinayət işi qaldırılıb.


AzNews.az