Soçi-2014 boykot edildi

11 Dekabr 2013 08:10 (UTC+04:00)
Avropa komissiyası prezidentinin müavini Vivian Rediq Soçi-2014 Olimpiada oyunlarını izləmək üçün Rusiyaya getməyəcək.

Lent.az-ın məlumatına görə, bu haqda o, "tvittre" səhifəsində yazıb: "Nə qədər ki Rusiyadakı qanunlar azlığın (söhbət cinsi azlıqlardan gedir - red.) haqqını tapdayır, şübhəsiz, Soçiyə getməyəcəyəm".

Xatırladaq ki, Almaniyanın prezidenti Yoaxim Qauk da Soçidə keçiriləcək qış olimpiya oyunlarına getməyəcəyini bildirib. Prezidenti mətbuat katibliyi bildirib ki, bu qərar yarışların "boykot edilməsi demək deyil, qış olimpiya oyunlarının izlənilməsi alman prezidentlər üçün keçmişdə qalıb".

AzNews.az