Xaçmazda polis qəza törətdi, yaralı var

11 Dekabr 2013 10:48 (UTC+04:00)
Bu gün səhər saatlarında Gəndab-Yalama yolunun 24-cü kilometrliyində, Xaçmaz şəhəri ərazisində yol qəzası baş verib.

Xaçmaz rayonu Laman kənd sakini, 52 yaşlı Eldar Nadirovun idarə etdiyi 10 LP 557 dövlət nömrə nişanlı, "VAZ 21 07" markalı avtomobil rayonun Dədəli kənd sakini, 33 yaşlı Ceyhun Abdullayevə məxsus 10 UO 947 dövlət nömrə nişanlı, "VAZ 21 07" markalı avtomobillə toqquşub. Nəticədə sürücülər Ceyhun Abdullayev, Eldar Nadirov və onun qızı 23 yaşlı Zeynəb Nadirova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, hər iki sürücü ambulator müalicə üçün evə buraxılıb. Qəza zamanı qapalı kəllə-beyin travması alan digər şəxs Zeynəb Nadirova isə stasionar şəraitdə müalicə olunur.

Qəzaya uğrayan 10 UO 947 nömrə nişanlı, "VAZ 21 07" markalı avtomobilin sürücüsü Ceyhun Abdullayev polis əməkdaşıdır. İlkin məlumata görə, qəza Ceyhun Abdullayevin yol-hərəkəti qaydasını pozması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.(apa)