“Deputatların maaşında uzun müddət artım olmayıb”- Vitse-spiker

11 Dekabr 2013 11:32 (UTC+04:00)
Azərbaycan Milli Məclisinin (MM) rəhbərliyi parlament üzvlərinin aylıq maaşlarının qalxmasına münasibət bildirib.

MM sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bildirib ki, nədənsə ancaq parlament üzvlərinin əmək haqlarının artımı cəmiyyətdə ajiotaj yaradır.

Z. Əsgərovun sözlərinə görə, deputatların maaşında uzun müddət artım olmayıb, ona görə də artım edilməsi normaldır: "Bu hadisəni nə iləsə əlaqələndirməyə cəhd edirlər, amma bunun heç bir mənası yoxdur".(apa)