Klinton Türkiyədə

11 Avqust 2012 11:43 (UTC+04:00)


ABŞ-ın dövlət katibi Hilari Klinton Türkiyədə səfərdədir. Onun türk liderləri ilə yanaşı Suriya müxalifət liderləri ilə də görüşəcəyi bildirilir. AzNews.az-ın bbc.co.uk saytına istinadən verdiyi məlumata görə, tərəflər əsasən Əsəddən sonrakı Suriyanı müzakirə edəcəklər.

Türkiyəyə sığınan suriyalı qaçqınların taleyi və onlara humanitar yardımın göstərilməsi də Klintonun Türkiyə səfərində prioritetlər arasındadır.

Qeyd edək ki, Suriya problemindən ən çox əziyyət çəkən qonşu ölkələrdən biri və birincisi Türkiyədir. Belə ki, hər gün minlərlə suriyalı sərhədi keçərək Türkiyəyə sığınır.

Sadiq

AzNews.az