Eldar Namazov təkzib edir: “Nə xəstəlik?”

11 Dekabr 2013 15:54 (UTC+04:00)
El" hərəkatının sədri Eldar Namazov Gürcüstana səfər edib.

Hərəkatdan mətbuata verilən məlumata görə, guya E.Namazov səhhətində yaranmış problemlə əlaqədar Tbilisidə müayinə olunmağa gedib. "El" Hərəkatının sədri Eldar Namazov isə AzNews.az-a açıqlamasında səfərlə bağlı yayılan məlumatın həqiqəti əks etdirmədiyini dedi:

"Nə xəstəlik? Nə müayinə? Anlamadım. Bunu kim yayıb? Yəni, bunu mənim rəhbərlik etdiyim qurumdan belə deyiblər? Tamamiylə yalandır. Mən xaricdəyəm və Bakıya 3 gündən sonra qayıdacam. Səfərimin də səbəbini qayıdandan sonra deyəcəm".

Bahar Rüstəmli
AzNews.az