Əhməd Şəfəq Bakıda konsert verəcək- VİDEO

11 Dekabr 2013 17:00 (UTC+04:00)
Türkiyənin tanınmış sənətçisi Əhməd Şəfəq dekabrın 21-də Bakıda möhtəşəm konsert proqramı ilə çıxış ecəcək.

AzNews.az xəbər verir ki, sənətçinin uzun müddətdir ki, hazırlaşdığı konsertlə bağlı videoçarx hazırlanıb:

"Konsertə hazırlıqlar uzun müddətdir gedir. Budəfəki repertuarıma yeni mahnılar daxil edilib. Azərbaycan-Türkiyə dostluğu əbədidir. Azərbaycanı sevmək üçün sadəcə insan olmaq yetərlidir".

Qeyd edək ki, Ə. Şəfəqin konserti dekabrın 21-də Azərbaycan Dövlət Opera və Balet Teatrında keçiriləcək.

Konsertin informasiya dəstəyçisi AzNews.az-dır.



Elnur
AzNews.az