Masazırda evdə partlayış: xəsarət alanlar var
12 Dekabr 2013 08:49 (UTC+04:00)
Masazırda evdə partlayış baş verib.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evdə yanğınla nəticələnən partlayış hadisəsi baş verib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Partlayış zamanı evin plastik qapısı və pəncərələri qırılıb, divarlarda çatlar əmələ gəlib.
Yanğın zamanı evdə 3 nəfər yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
AzNews.az