Terrorçuların hər birinə 3860 il həbs cəzası verildi- FOTO

12 Dekabr 2013 10:02 (UTC+04:00)
İspaniya məhkəməsi ETA terror təşkilatının üzvləri – Daniel Pastora, İnyiqo Sapiraino və Beatris Etçeberrianın hər birinə 3860 il həbs cəzası verib.

"Komsomolskaya pravda" qəzetində verilən xəbərə görə, terroristlər bu cəzanı 2009-cu il iyul ayının 29-da Burqos şəhərindəki Müli Qvardiyanın kazarmasını 700 kiloqramlıq partlayıcı maddə ilə partlatdıqlarına görə alıblar.

Xatırladaq ki, həmin hadisə zamanı 160 nəfər yaralanıb. Partlayışın güclü olmasına baxmayaraq kazarmada ölən olmayıb. (anspress)