İlk qar: Bakı “dondu”...- FOTOLAR

12 Dekabr 2013 10:23 (UTC+04:00)
Dünən gecədən paytaxta yağan qar özü ilə ilk qarın sevinci ilə yanaşı, problemlər də gətirib. Yollarda yaranan uzun tıxaclar hərəkəti çətinləşdirib.

Bakı-Sumqayıt şosesi ümumiyyətlə bağlanıb. Həmin yolla hərəkət edən bir çox nəqliyyat vasitələri Masazırdan geri dönmək məcburiyyətində qalıb. Binəqədi-Rəsulzadə yolu ilə nəqliyyat vasitələrinin hərəkəti də mümkün olmayıb. Bütünlüklə su altında qalan yolda nəqliyyat vasitələri hərəkətsiz qalıb.

Badamdar qəsəbəsi, Sulutəpə qəsəbəsi, Xırdalan şəhəri, Bakıətrafı kəndlər, eləcə də şəhərin ayrı-ayrı yaşayış məntəqələrinə gecə saatlarından elektrik enerjisinin verilişi dayandırılıb. Eləcə də təbii qazla təminatda da problemlər özünü göstərib. İctimai nəqliyyatın hərəkətindəki uzun fasilələr insanların yolda qalmasına səbəb olub.


Elnarə
AzNews.az