Əməkdar artist Türkiyədə müalicəyə başladı - Açıqlama

12 Dekabr 2013 10:42 (UTC+04:00)



"Dünən Türkiyəyə gəldim. Hazırda xəstəxanadayam. Bu gündən etibarən müalicə kurslarına başladım".


Bunu AzNews.az-a əməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarova bildirib. Onun sözlərinə görə, xəstəliyi ilə əlaqədar üzərində aparılan müalicə kursu 20 günə kimi davam edəcək:

"Həkimlər ilk 10 günlük müalicə kursu təyin edib. Bundan sonra müayinə olunub yenə müalicə kursu əlavə olunacaq. Bir şey var ki, ümidliyəm. Sağalmaq ümüdi ilə gəldim. İnşallah qızım məndən "Ana yəqin bu dəfə təmiz sağaldın" deyəndə ona dərindən nəfəs alıb "hə, qızım" deyəcəm. Allah mənə dəstək olan insanların hər birinə ömür versin".

Xatırladaq ki, X.Qafarova xərçəng xəstəliyindən əziyyət çəkir və o, buna görə üç dəfə əməliyyat olunub. Onun Türkiyə müalicəsinin xərclərini isə Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Bahar Rüstəmli
AzNews.az