Aşıq Telli evlənəcəyi kişidən danışdı

12 Dekabr 2013 11:51 (UTC+04:00)
Aşıq Telli Borçalı onu qısqanmayacaq həyat yoldaşı istəyir.


Axşam.az-ın məlumatına görə, sənətçi "İncə sənət" verilişinə müsahibəsində nə cür insanla ailə qurmaq istədiyini deyib:

"Mənə qadağalar qoymasın. Deməsin ki, telefonla çox danışma, deyib-gülmə. Mən sakit, ciddi dura bilmirəm. Bu mənə yaraşmır. Bu yaşdan sonra məni dəyişə bilməz axı. Məni qısqanmayacaq bir həyat yoldaşı istəyirəm. Ancaq beləsi olsa, ailə quraram".

AzNews.az