Con Kerri Ermənistana gedəcək

12 Dekabr 2013 11:55 (UTC+04:00)
ABŞ dövlət katibi Con Kerri gələn il Ermənistana səfər edəcək.

Kerri 2014-cü ildə Ermənistana səfər edəcəyi barədə Serj Sarkisyana və Edvard Nalbandyana vəd verib.

Bu barədə "Panorama.am" saytı xəbər verib. Saytın məlumatına görə, bu barədə "Aykakan jamanak" qəzetinə Ermənistanın ABŞ-dakı səfiri Con Heffern məlumat verib.

Qəzet yazır: "O, həmçinin qeyd edib ki, Vaşinqton indi Ermənistan-ABŞ münasibətlərinə yeni impuls verməyi və tərəfdaşlığı dərinləşdirməyi heç vaxt olmadığı qədər çox istəyir".(trend)