Putindən miqrantlara sərt qadağa

12 Dekabr 2013 12:21 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət ünvanlayıb.


Müraciətində bır sıra məsələlərlə yanaşı, miqrantlarla bağlı problemlərə toxunan prezident bəzi təkliflər səsləndirib.

AzNews.az xəbər verir ki, prezident qanunları pozan miqrantlara tətbiq edilən qadağa müddətinin 10 ilə qədər artırılmasının istəyib. Putinin fikrincə, bu, miqrasiya qanunvericiliyinə əməl edilməsi sahəsində ciddi irəliləyiş əldə edilməsinə səbəb ola bilər.
Xatırladaq ki, hazırda bu qadağa 3 ildir.

Prezidentin müracitində ofşor şirkətlərə vergi tətbiqi, orta gəlirli ailələrin mənzil şəraitinin yaxşılaşdırılması kimi məsələlər də yer alıb.

Elnarə
AzNews.az