Prezident ehsan verdi

12 Dekabr 2013 15:00 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyevin adından Heydər Əliyevin vəfatı günü ilə əlaqədar ehsan verilib.

AzNews.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, dekabrın 12-də prezident İlham Əliyevin adından ümummilli lider Heydər Əliyevin vəfatı günü ilə əlaqədar ehsan verilib.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, ölkəmizin bütün şəhər və rayonlarından ictimaiyyətin nümayəndələri mərasimdə iştirak ediblər.

Ehsan mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.
Dövlət başçısı mərasimdə çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən, müstəqilliyimizin möhkəmlənməsi, dövlətçiliyimizin inkişafı sahəsində gördüyü misilsiz işlərdən danışıb.

Sonra ehsan süfrəsi açılıb.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edib.

AzNews.az