Heydər Əliyev Fondu Pakistanda ehsan verdi

12 Dekabr 2013 15:35 (UTC+04:00)

Bu gün Azərbaycanın Pakistandakı səfirliyində mərhum prezident Heydər Əliyevin anım mərasimi keçirilib.

Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Heydər Əliyevin Azərbaycan tarixindəki yerindən danışıb.

Müstəqil Azərbaycanın bu gün yeni inkişaf dövrünü yaşadığını vurğulayan səfir, Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini bildirib.

Daşqın Şükürov Heydər Əliyev Fondunun fəaliyyətinə toxunaraq Fondun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Pakistanda da bir sıra layihələrin həyata keçirildiyini qeyd edib.

Səfirin sözlərinə görə, bu gün Pakistanın paytaxtındakı Bari İmam ziyarətgahında 300 nəfərdən çox imkansız şəxsə ehsan verilib.
Eyni zamanda Pakistanın "DNA NEWS" informasiya agentliyi və "Centreline" jurnalında Sülh və Diplomatiya İnstitutunun direktoru Məhəmmməd Asif Nurun "Müasir Azərbaycanın memarı" adlı məqaləsi dərc edilib.

Elnur
AzNews.az