Elçin Əlibəyli “Elmed” klinikası ilə anlaşdı

12 Dekabr 2013 15:39 (UTC+04:00)
"Araşdırma aparıldı və mənim bu məsələyə heç bir aidiyyatım olmadığı üzə çıxdı. Bu məsələdə mənim heç bir iştirakım olmayıb. Araşdırıldı, qarşı tərəf də bildi. İstəyirsiz, zəng vurub dəqiqləşdirə bilərsiz.".

Bunu Modern.az saytına açıqlamsında adı dələduzluqda hallandırılan tanınmış teleaparıcı Elçin Əlibəyli bildirib.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən "ElMed" klinikasının rəhbəri Ramil Quliyev iddia edirdi ki, Elçin Əlibəyli klinikanı televiziyada reklam edəcəyi adı ilə ondan 34 min manat alıb, lakin vədinə əməl etməyib. Kinika rəhbəri deyib ki, o, pulu geri istəsə də, qarşı tərəf qaytarmayıb.

Elçin Əlibəyli isə bildirib ki, məsələ onunla bağlı deyil: "Burada bir anlaşılmazlıq olub. Mən bir şirkətlə çalışmışam, problem həmin şirkətin işidir. Sadəcə, yanlış olaraq iddia mənə qarşı qaldırılıb".

E.Əlibəyli açıqlamasında təmizə çıxdığını vurğulayıb.

AzNews.az