Davudoğlu erməni həmkarı ilə görüşdü

12 Dekabr 2013 15:50 (UTC+04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının toplantısından sonra erməni həmkarı Edvard Nalbandyanla görüşüb.

Bu gün Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının toplantısı keçirilir.

Ermənistana səfər edən Ə.Davudoğlu bildirib ki, Ankara Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır və Türkiyə tərəfi Yerevanla Bakı arasında əlaqələrin normallaşması üçün bütün addımlara hazırdır.

XİN rəhbəri onu da qeyd edib ki, Ankara Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına önəm verir, lakin bu əlaqələrin normallaşması üçün Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi lazımdır.(trend)