Türkiyəli nazir Ermənistanda otelə arxa qapıdan daxil oldu
12 Dekabr 2013 16:15 (UTC+04:00)
Ermənistanda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin iclasında iştirak edən Əhməd Davudoğlu tədbir keçirilən otelə arxa qapıdan daxil olub.
Buna görə də onun səfərinə etiraz olaraq otelin qarşısına toplaşmış aksiyaçılar Türkiyə rəsmisini görə bilməyib.
AzNews.az erməni mətbuatına istinadən xəbər verib ki, aksiyaçılar etirazlarını bildirmək üçün otelə girməyə cəhd göstəriblər.
Ancaq polis buna imkan verməyib.
Elnarə
AzNews.az