Qızları Mandelanın milyonlarından danışdı

12 Dekabr 2013 20:48 (UTC+04:00)
Cənubi Afrika Respublikasının ilk qara prezidenti, aparteidə qarşı mübarizənin lideri Nelson Mandelanın ilk evliliyindən olan qızı Makazive və ikinci evliliyindən olan qızı Zenani miras üçün bir-birinə qarşılıqlı iddialar açıblar.

ANS PRESS qərb mətbuatına istinadən bildirir ki, maliyyə münaqişəsinin əsas predmeti Nelson Mandelanın müxtəlif fondlara bağışladığı sayı-hesabı bilinməyən pullardan kənar şəxsi hesablarında olan 110 milyon dollardır.
Xüsusilə aclıq və yoxsulluq üzündən cinayətkarlıq səviyyəsinin çox yüksək olduğu ölkədə bu var-dövlət bir anda insanlarda çaşqınlıq yaradıb. Bir çox media qurumları həyatının təxminən 27 ilini həbsdə keçirən liderin bu pulu nə vaxt qazanması barədə ictimai müzakirələr açıblar.

Amma bu müzakirələr Makazive və Zenaninin heç vecinə də deyil. Onlar müzakirələrdən sonra ortaya əlavə16 milyon dollar üçün də məhkəməyə üz tutublar.


AzNews.az