İsveç həbsxanalarını Norveçə verir

12 Dekabr 2013 21:53 (UTC+04:00)
Norveçli dustaqlar İsveç həbsxanalarılnda cəza çəkə bilərlər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Norveçin ədliyyə naziri Anders Anundsen isveçli həmkarı Beatrise Aska müraciət edərək müvəqqəti olaraq İsveç həbsxanalarından istifadə etmələrinə icazə verməyi xahiş edib:

"Mən bilirəm ki, İsveç həbsxanalarında boş yerlər çoxdur və bu ölkədə islah-əmək müəssisələrinin bəziləri bağlanır. Bununla bağlı bəzi yerləri icarəyə verməyin mümkünlüyünü öyrənmək istəyirdim".
Hazırda Norveçdə 1200-dən artıq ittiham olunan şəxs var ki, onlar həbsxanalarda yer çatışmazlığına görə cəzalarını çəkəməyə başlamayıblar. Hazırda İsveç ərazisində 82 islah-əmək müəssisəsi var. Onlardan 4-ü bu yaxınlarda ölkədə dustaqların sayının az olması səbəbindən ixtisara salınıb.


AzNews.az