Piyadanın ölümü ilə nəticələnən avtoqəza- Foto
13 Dekabr 2013 08:20 (UTC+04:00)
Bu gecə Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Abdullayev Bəhram Malik oğlunun idarə etdiyi 10 TL 572 dövlət nömrə nişanlı BMW markalı avtomobillə 1987-ci il təvəllüdlü Əliyev Rafət Vəkil oğlu vurulub. Piyada hadisə yerində dünyasını dəyişib.
Piyadanı vurduqdan sonra sürücü idarəetməni itirib və avtomobil 23 BF 383 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobilə çırpılıb.
Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən Bəhram Abdullayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.(apa)