Mitinq təşkilatçıları polisə çağırıldı

13 Dekabr 2013 10:02 (UTC+04:00)
Milli Şuranın Mitinq Komitəsinin üzvləri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar.

Bu məlumatı AzNews.az-a Mitinq Komitəsinin və AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi verib.

S. Həzi deyib ki, onunla birgə Baş Polis İdarəsinə Müsavat Partiyası Məclisinin üzvü Tural Abbaslı və KXCP təşkilat şöbəsinin müdiri Xəzər Teyyublu dəvət edilib. S. Həzi polis idarəsində saat 17.00-da olacaqlarını da qeyd edib.

Qeyd edək ki, Milli Şura dekabrın 15-də saat 14.00-dan 16.00-a dək paytaxtın Yasamal rayonundakı "Məhsul" Sağlamlıq Cəmiyyətinin stadionunda mitinq keçirəcək.

AzNews.az