“Qanun”dan Yeni il yarmarkası

13 Dekabr 2013 11:21 (UTC+04:00)
"Qanun" Nəşrlər Evi yeni kitab yarmarkası həftəsinə start verib.

Bu barədə Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu özünün Facebook hesabında yazıb. Yazdığı statusda o, oxucularını yeni ilin məhz onların nəşrləri ilə qarşılamağaçağırıb:

"Bu gündən başlayaraq bir həftə boyu şəhərin mərkəzində, fontanlar meydanında kitab yarmarkasına başlayırıq. Mərkəzə gəzməyə çıxanlar yolunuzu bizim stendə salın, yeni kitablarımızla, işimizlə tanış olun. Kitabların önündə şəkil çəkdirin- uşaqlarınızı, ailənizi, dostlarınzı, sevdiklərinizi kitablar önündə tarixə həkk edin.

Bayram ərəfəsində bir-birinizə kitab hədiyyəsi edin. Deyirlər, ili necə başlarsan, elə də bitər. Çalışın yeni ili bizim nəşrlərlə - kitablarla başlayasız, kitabların əhatəsində günləriniz daha uğurlu, daha mənalı, daha əyləncəli olar".

AzNews.az