Səlim Müslümov “bomj”ları unutdu

13 Dekabr 2013 11:42 (UTC+04:00)
Son iki gündə Bakıya yağan qar və havanın kəskin soyuması küçələrdə səfil həyat tərzi keçirənlər üçün yaşayış yeri problemini aktual edib.

AzNews.az xəbər verir ki, hələlik paytaxtda sosial sığınacaqların quraşdırılması məsələsi həll edilməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzNews.az-a verilən məlumata görə, sosial sığınacaqların quraşdırılması ötən illərdə hidrometroloqların proqnozlarına əsasən həyata keçirilib. Bu il də havalar kəskin soyuyacağı təqdirdə sosial sığınacaqların yaradılması gündəmə gələ bilər.

Qeyd edək ki, sosial sığınacaqların qurulması təcrübəsi ilk olaraq 2012-ci ildə həyata keçirilib. Paytaxtın 5 rayonunda belə sığınacaqlar yaradılıb.

Elnarə
AzNews.az