Abşeronda partlayış: 1 ölü, 2 yaralı

13 Dekabr 2013 12:40 (UTC+04:00)
Abşeron rayonu Masazır qəsəbəsində partlayış verib. AzNews.az xəbər verir ki, partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə dekabrın 12-si saat 03:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsi Aşıq Ələsgər küçəsində yaşayan Mübariz Şərifovun evində təbii qazın sızmasından partlayış baş verib.

Orada kirayədə yaşayanlar - qəsəbə sakinləri Cavid Zəliyev, arvadı Nailə və oğlu Rüstəm yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Rüstəm Zəliyevin həyatını qurtarmaq mümkün olmayıb və o, xəstəxanada ölüb.

Azər
AzNews.az