AXCP-nin konfransı təxirə salındı

13 Dekabr 2013 16:33 (UTC+04:00)

AXCP gənclərinin Ümumrespublika Konfransı təxirə salınıb.

Partiyanın Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlının AzNews.az-a verdiyi məlumata görə, konfransın təxirə salınmasına səbəb tədbirin keçiriləcəyi yerin - Bakı kinoteatrının təmirə dayanması olub.

Ə. Qurbanı qeyd edib ki, yaxın günlərdə konfransın yeri və vaxtı elan olunacaq.

Qeyd edək ki, AXCP gənclərinin Ümumrespublika konfransının dekabrın 15-də keçirilməsi nəzərdə tutulmuşdu.

AzNews.az