Polis öpsəydi 3-cü dünya müharibəsi olardı - FOTO

13 Dekabr 2013 17:46 (UTC+04:00)
Polis etirazçı qadını öpsəydi 3-cü dünya müharibəsi olardı...


Ötən ay İtaliyanın Turin şəhərində Milanla Parisi bir-birinə bağlayacaq sürətli qatar xəttinin tikilməsinə qarşı keçirilən aksiyada polisi "kaska"dan öpən qadın "cinsi şiddət və dövlət rəsmisinə qarşı təhqir" iddiasıyla saxlanılıb."Qafqazinfo"nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, Polis Həmkarlar İttifaqının baş katibi Franko Makkari "Radikal" qəzetinə açıqlamasında bildirb ki, 20 yaşlı Nina De Chiffre haqqında Prokurorluğa şikayət ərizəsi təqdim edilib

"Bu hadisənin əksi olsaydı, yəni bir polis etirazçı qadını öpsəydi 3-cü dünya müharibəsi olardı. Artıq bu etirazlardan bezmişik. Etiraz müqəddəs işdir, amma qanunlar pozulanda buna göz yuma bilmərik", -deyə Makkari bildirib.

Nina isə bu hərəkəti polislərdən heyf çıxmaq məqsədilə etdiyini söyləyib: "Bundan öncə bir qadın polislər tərəfindən döyülmüşdü. Məqsədim polislərə bunu xatırlatmaq, onlarla zarafatlaşmaq idi. Düşünürəm ki, bu, uğurlu oldu".

Qadının öpdüyü polis Salvatore Piccione isə hadisəni belə şərh edib: "Uniforma geyindiyim halda mən polisləri təmsil etdiyimdən təhrikedici hallara qulağımı yummalıyam. Əsas o mitinqin problemsiz bitməsi idi".


AzNews.az