Mollanın edamı ölkəni qarışdırdı

13 Dekabr 2013 23:02 (UTC+04:00)
Banqladeşdə "Camaat-i İslami"nin lideri Abdülqədir Mollanın edam edilməsindən sonra ölkə daxilində qanlı hücumlar başlayıb.

"Axar.az"ın xəbərinə görə, Banqladeş küçələrində partlayışlar, polislə qarşıdurmalar və maşınların yandırılması kimi şiddət doğuracaq hadisələr yaşanır.

Hadisələr nəticəsində ən azı 5 adamın öldüyü bildirilir.

BMT tərəfindən nümayəndə heyəti ölkədəki xaos mühitini yatırmaq və tərəfləri bir araya gətirmək üçün paytaxt Dəkkəyə gedib.

Ölkədə baş verən hadisələr ölkə iqtisadiyyatında əhəmiyyətli paya sahib olan 4 milyondan çox insanın məşğul olduğu tekstil sənayesinə də təsir edəcəyi gözlənilir.

Abdülqədir Mollanın oğlu Həsən Cəmil edam cəzasını siyasi cinayət olaraq adlandırıb. "Camaat-i İslami" partiyası üzvlərinin Mollanın intiqamını alacaqlarını bildirib.

Qeyd edək ki, 1971-ci ildəki müstəqillik savaşı əsnasında insanlığa qarşı cinayət törətdiyinə görə edam cəzasına məhkum edilən "Camaat-i İslami" partiyasının lideri Əbdülqədir Molla dünən edam edilib.


AzNews.az