“Rafiq Hüseynov artıq gəzməyə başlayıb” – Həyat yoldaşı

14 Dekabr 2013 10:04 (UTC+04:00)
"Rafiq Hüseynovun səhhətində dünəndən etibarən irəliləyiş hiss olunur. Rafiq müəllim artıq yavaş-yavaş gəzməyə başlayıb".


Bunu AzNews.az-a xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova deyib. Onun sözlərinə görə, dünən Azərbaycanın Türkiyədəki səlahiyyətli səfi Həsən Zeynalova xəstəxanaya gələrək Rafiq Hüseynov baş çəkib:

"Həsən müəllim dünən burada oldu. Rafiq müəllimin vəziyyəti ilə yaxından maraqlandı. Bundan başqa Azərbaycandan, televiziyadan, sənət adamlarından zənglər gəlməkdədir. Amma hələ ki, həkimlər ziyarətə elə də icazə vermirlər.

Deyirlər ki, nə qədər ziyarət az olsa, bir o qədər yaxşı olar. Amma gəlmək istəyənlər daha çoxdur. Hələ bir müddət buradayıq. Heydər Əliyev Fondundan daimi əlaqədəyik. Onlar bizlə, biz də onlarla mütəmadi əlaqə saxlayırıq. Maliyyə cəhətdən heç bir problem yox".

Bahar Rüstəmli
AzNews.az