Abşeronda partlayış: üç nəfər yaralandı

14 Dekabr 2013 10:25 (UTC+04:00)
Abşeron rayonunda daha bir yaşayış evində partlayış olub.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Digah qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 22 kv.m olan 2 otaqlı evdə qeydə alınıb.

Yanğınla nəticələnən partlayış baş nəticəsində 1 otağın yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Partlayış zamanı 3 nəfər yanıq xəsarəti alıb və Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılıb.

Yanğınsöndürənlər evdə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Yanğın səhər saat 09:03-də söndürülüb.

Qeyd edək ki, ötən gün də Abşeronda iki yaşayış evində təbii qaz sızmasından partlayış olub. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

AzNews.az