Liseyə silahlı hücum; Şagirdlər yaralandı

14 Dekabr 2013 15:00 (UTC+04:00)
ABŞ-ın Kolorado ştatında məktəblərdən birinə silahlı hücum olub.

Nəticədə biri ağır olmaqla, iki məktəbli yaralanıb. Hücumu həyata keçirən şəxs məktəbdə ölü ələ keçirilib.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə təxminən 2 min tələbənin oxuduğu Arapoe Liseyində baş verib.

Qeyd edək ki, son dövrlər ABŞ-da məktəblərə silahlı hücumlar tez-tez baş verir.

Son olaraq keçən il Sandy Hook məktəbinə təşkil edilən silahlı hücumda 26 nəfər həyatını itirmişdi.

Elman
AzNews.az