Gəmi kapitanı itkin düşdü

13 Avqust 2012 08:27 (UTC+04:00)


Xəzərin Azərbaycan sektorunda gəmi kapitanı itkin düşüb. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib. Hadisə dünən "Bahar" neft yatağı yaxınlığında baş verib.


Xəzər Dəniz Neft Donanmasına məxsus gəminin kapitanı, 1959-cu il təvəllüdlü Fəxrəddin Əkbərov ehtiyatsızlıqdan dənizə yıxılıb. Həyata keçirilən tədbirlərə baxmayaraq hələlik onu tapmaq mümkün olmayıb. Hazırda kapitanın tapılması istiqamətində axtarışlar davam etdirilir.


AzNews.az