Dərmandan zəhərlənmə faktı aşkarlandı

14 Dekabr 2013 12:04 (UTC+04:00)
Sumqayıt və Mehdiabad sakinləri dərmandan zəhərləniblər.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 13-də Sumqayıt şəhər sakini Mərziyə Əfəndiyeva, dekabrın 14-də Mehdiabad qəsəbə sakini Mətanət Babayeva evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Dekabrın 14-nə keçən gecə Sumqayıt şəhər sakini Zülfiyyə Əsədova isə evindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

AzNews.az