Aksiyalara görə 3 məmur cəzalandırılacaq

14 Dekabr 2013 12:17 (UTC+04:00)
Noyabrın 30-da gecə saatlarında Kiyevin Müstəqillik meydanında etiraz aksiyalarının yatırılması zamanı etdikləri hərəkətlərə görə 3 yüksəkvəzifəli məmur cəzalandırılacaq. Bunu Ukraynanın ədliyyə naziri Yelena Lukaş bildirib.

3 məmurun yaxın vaxtlarda bu cinayətin törədilməsinə görə ittiham ediləcəklərini deyən Y.Lukaş qeyd edib ki, hüquq-mühafizə orqanları səlahiyyətlərini aşıblar, lakin hamı qanun qarşısında eynidir: "Bu, ictimai quruluşu devirməyə çağıranlar, binanı ələ keçirənlər, şəhəri iflic edənlərə də aiddir".(trend)