“Millətin lideri” dövlət mükafatının təqdimatı olub

14 Dekabr 2013 19:42 (UTC+04:00)
Astananın Akorda sarayında Qazaxıstanın milli bayramı - Müstəqillik Günü münasibətilə "Millətin lideri" dövlət mükafatının təqdimatı olub.
Mərasimdə iştirak edən Prezident Nursultan Nazarbayev ölkənin ən vacib bayramı - Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qazaxıstan Prezidenti demişdir ki, dövlət mükafatına ölkənin inkişafına əhəmiyyətli töhfələr verən şəxslər layiq görülürlər.
Mükafat alanlar arasında ictimai-siyasi xadim Oljas Süleymenov da olub.
N.Nazarbayev bildirmişdir ki, Oljas Suleymenov görkəmli şair, ictimai-siyasi xadimdir. Ölkənin beynəlxalq əlaqələrinin inkişafında, mədəni-mənəvi tərəqqisində onun böyük xidmətləri olub. Qazaxıstan Prezidenti vurğulamışdır ki, daxili sabitlik, dözümlülük, qarşılıqlı anlaşma ölkənin inkişafı üçün böyük əhəmiyyətə malikdir.(Azər.Tac)