Atatürkün heykəli ölümündən səkkiz gün sonra 10 manata satılıb

14 Dekabr 2013 20:25 (UTC+04:00)
Atatürkün heykəlini ölümündən səkkiz gün sonra satıblar. ANS PRSS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dolmabaxça sarayı arxivi nazirliyin dövlət arxivlərinə tapşırılanda sənədlər üzərində işləyən "Hazine-i Hassa" arxivi və Qiymətləndirmə Komissiyası böyük bir qalmaqal yaradıb. Dolmabaxça sarayında olan Atatürk heykəlinin Mustafa Kamalın ölümündən səkkiz gün sonra 25 lirəyə (10 manat) xırdavatçıya satıldığı öyrənildi.

Dolmabaxça sarayı arxivində 150 min sənəd,səssiz-sədasız nazirliyin dövlət Arxivinə verilib. Osmanlı və cümhuriyyət dövrünü əhatə edən sənədlər üzərində işləyən "Hazine-i Hassa" arxivi və Qiymətləndirmə Komissiyası maraqlı sənədi ortaya çıxardı.Komissiyanın rəhbəri Cengiz Göncü və Hüseyn Akkaya və Ünal Karıncalının əlinə keçən sənəd 1938-ci ilin 18 noyabrına aiddir. Atatürkün ölümündən səkkiz gün sonraya qeydiyyata alınan sənəddə Mustafa Kamala aid bir heykəlin sökülməsindən danışılır. Dolmabaxça sarayın Muayede salonunda yerləşən heykəlin sökülməsi üçün nəzərdə tutulan xərclər arxiv sənədlərində qeyd edilib. Sənədin sonunda isə heykəlin 25 liraya xırdavatçıya satılması haqqında məlumat qeyd edilib.



AzNews.az