Honduras prezidentinin qızı türklə evlənir - FOTO

14 Dekabr 2013 20:33 (UTC+04:00)
Honduras prezidenti Porfirio Lobo Sosanın qızı Roza Yelena Lobo Xuarez ilə Adıyamanlı Talha Özgər bu gün evlənir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, cütlüyün toyu İstanbulda baş tutacaq. 2 il əvvəl ABŞ-da tanış olan gənclərin toyuna iki minə yaxına insan şahidlik edəcək. Toydan sonra prezident ölkəsinə geri qayıdacaq.

Qeyd edək ki, gənclər evlilik qərarı verəndə valideynlərini razılığa gətirmək 2 il vaxt alıb. Hətta bu 2 ölkə arasında olan münasibətlərə də təsir edib. Amma Rosanın ailəsi Talha haqqında araşdırmadan sonra bu evliliyə razı olub.



AzNews.az